"Bəzi məktəblərdə çalışmanın son yaş həddinə çatmış müəllimlər pensiyaya çıxanda onların fənlərini qeyri-ixtisas sahibləri tədris edir".
APA xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.
"Biz özümüzə sual verməliyik 65 yaşı çatıb pensiyaya çıxan müəllim o fənni yaxşı tədris edər, yoxsa qeyri-ixtisas sahibi? Hesab edirəm ki, onların müqavilələrinin müddətinin artırılmasında fayda var. Təbii ki, həmin yerə yeni kadrlar gələndə, müqavilənin müddəti dayandırıla bilər" - deyə deputat qeyd edib.