Bank Of Baku

Müstəqillik Günü ilə əlaqədar 3 gün iş olmayacaq

Müstəqillik Günü ilə əlaqədar 3 gün iş olmayacaq
# 17 may 2023 13:07 (UTC +04:00)

28 May Müstəqillik Günü ilə əlaqədar ardıcıl 3 gün iş olmayacaq.

APA-nın xəbərinə görə, Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 29 may qeyri-iş günü olacaq. Beləliklə, 27 may da şənbəyə təsadüf etdiyi üçün 3 gün ardıcıl – 27 may, 28 may və 29 may tarixlərində iş olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR