Bank Of Baku

Naxçıvan MR-da azad iqtisadi zonanın yaradılmasına dair qanun layihəsi gələn il təqdim olunacaq

Naxçıvan MR-da azad iqtisadi zonanın yaradılmasına dair qanun layihəsi gələn il təqdim olunacaq
# 20 sentyabr 2023 12:38 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında azad iqtisadi zonanın yaradılması ilə bağlı qanun layihəsi gələn il hazırlanaraq təqdim olunacaq.

APA-nın xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi Naxçıvan MR Nazirlər Kabineti və Dövlət Gömrük Komitəsi ilə birlikdə qanun layihəsini hazırlayaraq 2024-cü ildə təqdim etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR