Bank Of Baku

Naxçıvan Səhiyyə Nazirliyinin şöbə müdiri nöqsanlara görə işdən çıxarılıb

Naxçıvan Səhiyyə Nazirliyinin şöbə müdiri nöqsanlara görə işdən çıxarılıb
# 17 may 2023 17:04 (UTC +04:00)

Naxçıvan Səhiyyə Nazirliyinin maliyyə şöbəsinin müdiri Asəf Musayev vəzifəsindən azad olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov əmr imzalayıb.

Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, Asəf Musayevin işdən azad olunmasına səbəb COVID-19-la mübarizə çərçivəsində tibb işçilərinə ödənilməli olan əlavələrin ödənilməməsi, tibbi sığorta üzrə tibb işçilərinə ödənilməli olan vəsaitlərin düzgün xərclənməməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR