Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə 24-29 aprel 2023-cü il tarixlərində “İmmunlaşdırma həftəsi”nə start verilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, əmrə əsaslanaraq Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında aprel ayının 24-dən kütləvi profilaktik peyvəndlərin aparılmasına başlanılıb.
Belə ki, bu müddət ərzində muxtar respublikada 383 nəfər peyvənddən yayınmış uşaq peyvəndə cəlb olunub ki, onlardan da 132-si 0-1 yaş, 127-si 1-2 yaş, 57-si 3-6 yaş, 67-si isə 6 yaşdan yuxarı olub.