Bank Of Baku

Nazir: Azad edilmiş ərazilərdə 30 il ərzində təbiət hadisələri haqda heç bir statistikamız yoxdur

Nazir: Azad edilmiş ərazilərdə 30 il ərzində təbiət hadisələri haqda heç bir statistikamız yoxdur
# 02 noyabr 2022 11:12 (UTC +04:00)

“İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji şəbəkəsinin bərpası işləri aktiv şəkildə həyata keçirilir. Belə ki, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidrometeoroloji stansiya və Zəngilan rayonunun Ağalı kəndində avtomat aqrometeoroloji stansiya quraşdırılaraq istifadəyə verilib”.

APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, eyni zamanda, cari ilin sonunadək Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji stansiyanın quraşdırılması nəzərdə tutulub:

“Sözügedən stansiyaların real vaxt rejimində əldə olunan məlumatlar situasiya mərkəzinə ötürülərək təhlil olunacaq. Bildiyiniz kimi, 30 il ərzində orada heç bir müşahidə aparılmayıb və əfsus ki, orada olan təbiət hadisələri haqqında heç bir statistikamız yoxdur. İqlim dəyişmələrinin təsirlərinin azaldılması istiqamətində prioritet istiqamətlərdən biri meşə ərazilərinin bərpası və yaşıllıqların artırılmasıdır. Hazırda ölkə boyunca meşə əkinləri və kütləvi ağacəkmə aksiyaları həyata keçirilir. Bu proses işğaldan azad edilmiş ərazilərdə də davam edir. Təbii ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir fauna və flora növlərinin qorunması qarşıda duran əsas vəzifələrdəndir. Ölkəmizdə nadir və nəsli kəsilməkdə olan bioloji növlərin mühafizəsinin artırılması və onların tarixən məskunlaşdıqları ərazilərə bərpası layihələri icra olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR