Bank Of Baku

Nazir: COVİD-19 cəmiyyətin yaşam dəyərləri arasında sağlamlığı önə çıxarıb

Nazir: COVİD-19 cəmiyyətin yaşam dəyərləri arasında sağlamlığı önə çıxarıb
# 09 oktyabr 2023 11:47 (UTC +04:00)

Son dövrlərdə bəşəriyyətin keçdiyi ciddi səhiyyə sınaqları tibb təhsilində yeni yanaşmanı labüd edir.

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransın açılış mərasimində deyib.

O bildirib ki, COVİD-19 pandemiyasının yaratdığı qeyri-müəyyənlik və səhiyyə sistemlərinə ciddi təhdidlər cəmiyyətin yaşam dəyərləri arasında sağlamlığı önə çıxarıb:

"İctimai səhiyyənin əhəmiyyətini artıraraq preventiv davranışların daha geniş auditoriyaya təşviq edilməli olduğunu göstərdi. Rəqəmsal alətlərin tətbiqi ilə onlayn təhsil platformalarının istifadəsi genişləndi. Bundan sonra da onlayn təhsilin genişlənəcəyini nəzərə alaraq, xüsusən də davamlı tibbi təhsil sahəsində qlobal vahid akkreditasiya meyarlarının müəyyənləşdirilməsinə ehtiyac var".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR