Nazir müavini: Söyüdlüdə yaşayan əhalinin sağlamlıq vəziyyəti qənaətbəxşdir

Nazir müavini: Söyüdlüdə yaşayan əhalinin sağlamlıq vəziyyəti qənaətbəxşdir
# 28 sentyabr 2023 14:28 (UTC +04:00)

Söyüdlü kəndində yaşayan əhalinin sağlamlıq vəziyyəti qənaətbəxşdir.

APA verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib. O bildirib ki, Söyüdlü kəndində könüllü olaraq tibbi müayinələr keçirilib və gəlinən nəticəyə görə, əhalinin sağlamlıq vəziyyəti qənaətbəxş hesab edilib:

Söyüdlü kəndindəki əhalidə onkoloji xəstəliklərin olmasına gəlincə isə nazir müavini bildirib ki, burada yaşayan insanlar arasında onkoloji xəstəliyi olanlar olsa da, nəticəyə görə göstəricilər ölkə üzrə olan statistik göstəricilərdən aşağıdır.

O, həmçinin əlavə edib ki, aparılan müayinələrdə ağır metalların insanların sağlamlığına təsirinə rast gəlinməyib:

"Bu onunla əlaqədardır kı, əhalinin istifadə etdiyi suların tərkibində metalların ağırlığı çox deyil".

Dağ-mədən sənayesinin insan sağlamlığına təsiri barədə danışan nazir müavini bildirib ki, bunu iki qrupa ayırmaq olar:

"Zavodda işləyən insanlar və kənardan təsirə məruz qalanlar - insanlar, təbiət. Zavodda aparılan işlərin orada çalışanların sağlamlığına təsirləri mümkündür. Bu cür yerlərdə işləyənlər daimi olaraq müəyinə olunurlar. Şirkətin əməkdaşlarının müayinəsi sonuncu dəfə 2019-cu ildə aparılıb. Hesabatımızın tövsiyələr bölməsində zavod əməkdaşlarının dispanserizasiyasının aparılmasını qeyd etmişik. Ümumiyyətlə, tövsiyə olunur ki, ildə bir dəfə belə zavodlarda çalışanlar dispanserizasiyadan keçsinlər".

Nazir müavini onu da vurğulayıb ki, aparılan müayinələrdə zavodun ətrafa mühitə nəzərəçarpacaq dərəcədə təsirinin olmaması müəyyən edilib.

Aləmdə Nəsib

Çingiz Səfərli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR