Bank Of Baku

Nazir müavini: Yüksək texniki peşə təhsil səviyyəsi üzrə akkreditasiya meyarları hazırlanmalıdır

Nazir müavini: Yüksək texniki peşə təhsil səviyyəsi üzrə akkreditasiya meyarları hazırlanmalıdır
# 16 may 2023 15:16 (UTC +04:00)

Çox təəssüf ki, bu gün bizdə yalnız ali təhsil müəssisələrinə münasibətdə institutisional və proqram akkreditasiyaları üzrə meyarlar mövcuddur. Digər təhsil pillələri üzrə bizim akkreditasiya meyarlarımız yoxdur.

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin açılış mərasimində deyib.

Nazir müavini qeyd edib ki, 5-ci kvalifikasiya səviyyəsi üzrə həm proqram, həm də institutisional akkreditasiya meyarları hazırlanmalıdır:

"Bizim bu sahədə məsul qurumumuz var. Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə bu sahədə birgə fəaliyyət olmalıdır ki, bu proseslər yekunlaşa bilsin.

Baxmayaraq ki, peşə təhsili üzrə müəyyən fəaliyyətlər başlanılıb. Bununla bağlı nazirliyin tədbirlər planı var. Lakin yüksək texniki peşə səviyyəsi üzrə məsələyə aydınlıq gətirildikdən sonra kvalifikasiyaların 5-ci səviyyəsi üzrə akkreditasiya məsələsinə baxmalıyıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR