Bank Of Baku

Nazirlik: Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur

Nazirlik: Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur
# 08 aprel 2023 17:20 (UTC +04:00)

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Burada çalışan əməkdaşlar da öz fəaliyyətlərini davam etdirməkdədirlər.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Facebook-da paylaşımında bildirib.

“Eyni zamanda Botanika İnstitutunun Herbari fondu da elə yerləşdiyi binadadır. Bildiririk ki, müvafiq maddi-texniki bazası olan bina olduğu təqdirdə institutun həmin binaya köçürülməsi ilə bağlı qərar qəbul ediləcək. Hazırda hər hansı bir köçürülmədən söhbət getmir. Məsələ ilə bağlı əlavə məlumat veriləcək”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR