Bank Of Baku

Nazirlik: Növbəti il üçün V-IX sinif dərslikləri üzərində hazırlıq prosesinə başlanılıb

Nazirlik: Növbəti il üçün V-IX sinif dərslikləri üzərində hazırlıq prosesinə başlanılıb
# 28 sentyabr 2023 11:13 (UTC +04:00)

Bu tədris ilində 61 dərslik üzərində çalışılıb. Bu il ümumilikdə 318 adda dərslik çap olunub və məktəblərə çatdırılıb.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, bir dərslik üzərində 50-60 adamın əməyi var:

“Elə bir söz birləşməsi olub ki, orada bir söz birləşməsinin birgə və ya ayrı yazılması müzakirəsinə görə 6 dərsliiyin çapa verilməsi ləngidilib. Hazırda növbəti il üçün V-IX sinif dərslikləri üzərində hazırlıq prosesinə başlamışıq. Məsələn, Coğrafiya və Tarix dərslikləri zamanın tələbinə uyğun olaraq yenilənməlidir. Ən çox üzərində dəyişiklik aparılan humanitar fənlərdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR