Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov iyunun 20-24-də keçiriləcək sertifikasiya imtahanlarından sonra növbəti imtahanların nə vaxt keçiriləcəyi məsələsinə münasibət bildirib.
APA xəbər verir ki, şöbə müdiri qeyd edib ki, hazırda bununla bağlı dəqiq məlumat vermək mümkün deyil, amma 2026-cı ilə qədər prosedur tamamlanmalıdır:
“Yəni 2026-cı ilə qədər bütün müəllimlərin sertifikasiya imtahanı yekunlaşmalıdır. Bununla bağlı təqvim ilinin əvvvəlində məlumat verəcəyik. İmtahanların dəqiq tarixi də 1 ay əvvəldən elan edilir”.