Nazirlik: Növbəti tədris ilindən milyondan artıq şagird məktəbli forması ilə dərsə gedəcək

Nazirlik: Növbəti tədris ilindən milyondan artıq şagird məktəbli forması ilə dərsə gedəcək
# 05 iyun 2023 12:28 (UTC +04:00)

Növbəti tədris ilindən məktəbli formaları qaydalarda göstərilən standartlara uyğun olacaq.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

O bildirib ki, ötən il valideynlər artıq uşaqlarına forma aldıqları üçün məcbur edilməmişdi:

"Formaların olub-olmayacağını məktəblərin pedaqoji şuraları müəyyən edir. Məktəb deyə bilər ki, "forma istəmirik". Bu mümkündür. Burada heç bir məcburiyyət olmayacaq".

Elnur Əliyev qeyd edib ki, növbəti tədris ilindən milyondan artıq şagird məktəbli forması ilə dərsə gedəcək:

"Məktəblərin artıq böyük hissəsi artıq forma seçimi edib. Konkret saylar tədris ilinin soununda açıqlanacaq. Qərarda açıq-aydın qeyd olunub ki, formalarla bağlı yekun qərarı məktəblərin pedoqoji şuraları verməlidir. Məktəblər özlüyündə kifayət qədər müstəqil qurumdur. Sadəcə biz tövsiyə edirik ki, məktəblilərin formada dərsə gəlməsi daha müvafiqdir".

Şöbə müdiri həmçinin əlavə edib ki, artıq məktəbli formaları ilə bağlı istehsalçı müəssisələrə məlumatlar verilib:

"Nə qədər məktəbin seçim etdiyi, təxminən nə qədər şagirdin forma alacağı öz əksini tapıb. İstəyirik ki, valideynlər almaq istədikdə rahatlıqla formanı tapa bilsinlər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR