Bank Of Baku

NİİM operativ nəqliyyat vasitələrinə yol verməklə bağlı sürücülərə müraciət edib

NİİM operativ nəqliyyat vasitələrinə yol verməklə bağlı sürücülərə müraciət edib
# 18 noyabr 2026 11:41 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

NİİM-dən APA-ya verilən xəbərə görə, paytaxt yollarında müşahidə edilən və təəssüf doğuran hallardan biri də bəzi sürücülərin operativ nəqliyyat vasitələrinin arxasınca ara məsafəsi gözləmədən hərəkət etməsi və həmin avtomobillərə yol verən sürücülərə qarşı məsuliyyətsiz davranış nümayiş etdirməsidir:

"Belə ki, qaydalara əməl edən əksər sürücülər operativ nəqliyyat vasitələrinə yol vermək üçün zolağı boşaldır, daha sonra isə öz zolaqlarına qayıtmaq istəyirlər. Lakin həmin avtomobillərin arxasınca hərəkət edən bəzi sürücülər yaranmış boşluqdan istifadə edərək digər nəqliyyat vasitələrinə yol vermir, onların zolağa qayıtmasına mane olurlar.

Bu cür məsuliyyətsiz davranış təkcə sürücülər arasında narazılıq yaratmır, eyni zamanda təhlükəli manevrlər, qəfil əyləcdən istifadə qəza riskini artırır, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hər bir sürücünü yollarda qaydalarla yanaşı, qarşılıqlı hörmət prinsiplərinə əməl etməyi tövsiyə edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR