Bank Of Baku

Azərbaycan-Alman universiteti yaradıla bilər

Azərbaycan-Alman universiteti yaradıla bilər
# 18 noyabr 2026 11:19 (UTC +04:00)

Azərbaycandan Almaniyaya qaz təchizatı başlayıb.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan artıq 10 Avropa İttifaqı ölkəsinə qaz təchizatı həyata keçirir: "Ümumilikdə 16 ölkəyə qaz təchizatı həyata keçirilir".

XİN rəhbəri Xəzər dənizi üzərindən kabel layihəsindən Almaniyanın faydalanmaq potensialına dair də fikir mübadiləsi apardıqlarını açıqlayıb.

O əlavə edib ki, ölkələr arasında mövcud əməkdaşlıq sahələrindən biri humanitar sahədir.

“Azərbaycan-Alman universitetinin yaradılması istiqamətində də danışıqlar aparılmasına dair niyyətimizi bildirdik”, - Ceyhun Bayramov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR