Paşha Bank
Bank Of Baku

Almaniya XİN rəhbəri Cənubi Qafqazdakı son proseslər barədə məlumatlandırılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

© APA | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

# 18 noyabr 2026 11:23 (UTC +04:00)

Ceyhun Bayramov almaniyalı həmkarını Cənubi Qafqazdakı son proseslər barədə məlumatlandırıb.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.

“Cənubi Qafqazda sülh, Ermənistanla normallaşma prosesi haqqında fikir mübadiləsi apardıq. Uzun illik işğaldan sonra torpaqlarımızın azad edilməsi, tarixi Vaşinqton sammiti, pozitiv istiqamətlərdə inkişaflar barədə həmkarımı məlumatlandırdım”,- nazir qeyd edib.

O, 100 minə yaxın insanın Qarabağa köçürülməsi, mina təhdidlərinin mövcudluğunun da müzakirə edilən mövzular arasında yer aldığını vurğulayıb.

“Eyni zamanda Şərqi Avropada, həm də Yaxın Şərqdə davam edən müharibələr və onların risklərini müzakirə etdik. Razılaşdıq ki, nə qədər çətin olsa da, ən yaxşı ssenari məsələlərin diplomatik və siyasi yollarla həll olunması istiqamətində səyləri birləşdirməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR