Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə sentyabrın 30-da notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün 135 namizəd qeydiyyatdan keçib. 9 namizəd imtahana gəlməyib. 48 namizəd müsabiqə şərtini ödəyərək ikinci mərhələyə – müsahibəyə buraxılıb.
DİM tərəfindən oktyabrın 1-də xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan da keçirilib. İmtahanda iştirak etmək üçün 160 namizəd qeydiyyatdan keçib. 11 namizəd imtahana gəlməyib. 75 namizəd uğur qazanıb.