Bank Of Baku

Növbəti köç karvanları Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatıb - YENİLƏNİB - FOTO

Növbəti köç karvanları Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatıb - YENİLƏNİB  - FOTO
# 12 may 2026 14:35 (UTC +04:00)

Növbəti köç karvanları Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 24 nəfərdən ibarət 6 ailə, Xocavənd kəndinə 20 nəfərdən ibarət 6 ailə, Qırmızı Bazar qəsəbəsinə isə 24 nəfərdən ibarət 6 ailə köçürülüb.

Sakinlərə evlərinin açarları təqdim olunub.

Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər dövlət tərəfindən yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək, uzun illərdən sonra ata-baba torpaqlarına qovuşmağın sevincini yaşadıqlarını bildiriblər. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdış proqramının uğurla icra olunduğunu göstərir.

***

12.17

Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 6 ailə (24 nəfər), Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər), Xocavənd kəndinə isə 6 ailə (20 nəfər) köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR