Paşha Bank
Bank Of Baku

Ötən ay 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb

Ötən ay 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb
# 06 oktyabr 2026 14:30 (UTC +04:00)

2026-cı ilin sentyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 110 aptekdə yoxlama həyata keçirilib.

Bu barədə APA-ya AEM-dən məlumat verilib.

Bildirilib ki, bu yoxlamalardan 1-i Bakı şəhərində, 109-u isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

"Yoxlamaların 105-i planlı, 5-i plandankənar olub. Aparılmış yoxlamalar nəticəsində 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.1 ,452.2, 452.3 və 452.4 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib",- məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR