Bank Of Baku

Ötən il 13 yaşa qədər olan 136 uşaq bədxassəli yenitörəmələr diaqnozu ilə qeydə alınıb

Ötən il 13 yaşa qədər olan 136 uşaq bədxassəli yenitörəmələr diaqnozu ilə qeydə alınıb
# 05 iyun 2023 13:02 (UTC +04:00)

Bədxassəli yenitörəmələr diaqnozu ilə ilk dəfə qeydə alınmış xəstələrin yaş qrupları üzrə statistikası açıqlanıb.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci ildə Azərbaycanda 30 yaşa qədər bədxassəli yenitörəmələr diaqnozu ilə ilk dəfə 462 nəfər xəstə qeydə alınıb.

Onlardan 0-13 yaş aralığında 136, 14-17 yaş aralığında 64, 18-29 yaş aralığında olanlar isə 262 nəfər olub.

Ötən il Azərbaycanda 30-39 yaş qrupunda bədxassəli yenitörəmələr diaqnozu ilə ilk dəfə 859 nəfər xəstə qeydə alınıb. Onlardan 317 nəfər 30-34, 542 nəfər isə 35-39 yaş qruplarında şəxslər olublar.

2022-ci ildə Azərbaycanda 40 yaşdan yuxarı bədxassəli yenitörəmələr diaqnozu ilə ilk dəfə 12 603 nəfər xəstə qeydə alınıb. Onlardan 6 780 nəfər 60 yaş və yuxarı, 5 823 nəfəri isə 40-59 yaşa qədər şəxslər olublar.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla ümumilikdə 13 924 nəfər bədxassəli yenitörmələr diaqnozu ilə qeydə alınıb. Onların 6 602 nəfəri kişi, 7 322 nəfəri isə qadın olub. Ümumilikdə tibb müəssisələrində bədxassəli yenitörəmələr diaqnozu ilə 62 385 nəfər xəstə qeydiyyatdadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR