Bank Of Baku

Peşə Agentliyi: Ola bilər ki, bu il axşam qruplarını açmayaq

Peşə Agentliyi: Ola bilər ki, bu il axşam qruplarını açmayaq
# 24 may 2023 15:23 (UTC +04:00)

Keçən il pilot layihə olaraq axşam qruplarına tələbə qəbulu elan etdik. Lakin cəlb olunan tələbələrin sayı gözləntilərimizdən az oldu.

Bunu APA-ya müsahibəsində Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib.

“Nəticələrdən belə başa düşdük ki, ya əmək bazarında maraq düzgün qiymətləndirilməyib, ya da proqramlar işləyən vətəndaşlarımızın maraqlarına xidmət etmir. Axşam qruplarının açılması yalnız ödənişli əsaslarla idi və yalnız işləyən vətəndaşlar qəbul edilirdi. O baxımdan ola bilər ki, biz bu il axşam qruplarını açmayaq. Növbəti illərdə isə daha sistemli formada bir sıra araşdırmaları aparandan sonra yenidən təklif oluna bilər” - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR