Bank Of Baku

Polis şaxtalı hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır

Polis şaxtalı hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır
# 28 dekabr 2025 01:03 (UTC +04:00)

Hazırda ölkənin qərb bölgəsində və dağlıq ərazilərdə müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

APA xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, sürücülərə və piyadalara köməklik göstərilməsi məqsədilə polis əməkdaşları xidmətlərini fasiləsiz şəkildə həyata keçirirlər.

Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.

Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR