Prezidentin izi ilə Cəbrayıl və Zəngilana media tura start verilib - FOTO

Prezidentin izi ilə Cəbrayıl və Zəngilana media tura start verilib - FOTO
# 30 sentyabr 2023 10:52 (UTC +04:00)

Prezidentin izi ilə Cəbrayıl və Zəngilan şəhərinə təşkil olunan media tura start verilib.

APA xəbər verir ki, media nümayəndələri ilk olaraq Cərbayıl şəhərində prezident İlham Əliyev tərəfində təməli qoyulan inzibati binanın tikiləcəyi ərazidə olublar.

Cəbrayıl şəhərində inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Layihəyə əsasən, ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlkin mərhələdə 4-5 mərtəbədən ibarət iki korpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur.

İştirakçılar mediatur zamanı inzibati binanın təməli qoyulduğu ərazidə olub. Media nümayəndələrinə bildirilib ki, binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə olunacaq. Layihəyə əsasən, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq. Buradakı avtomobil dayanacağı elektrik doldurma məntəqələri ilə təmin olunacaq. Kompleksin elektrik enerjisi təminatını qismən ödəmək məqsədilə binaların damında və istifadə olunmayan boş ərazilərində günəş panelləri quraşdırılacaq.

Emin Babayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR