Bank Of Baku

Psixoloji sağlamlıqla bağlı ehtiyac olan insan resurslarının sayı açıqlanıb

Psixoloji sağlamlıqla bağlı ehtiyac olan insan resurslarının sayı açıqlanıb
# 18 may 2023 12:11 (UTC +04:00)

Azərbaycanda psixoloji sağlamlıqla bağlı ehtiyac olan insan resurslarının sayı açıqlanıb.

APA xəbər verir ki, bunu professor Fuad İsmayılov “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin aralıq nəticələrinin təqdimat mərasimində bildirib.

O qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin sistemində 31, TƏBİB-in sistemində isə 32 kliniki psixoloq var:

"Hər rayon üzrə psixoloqun təmin edilməsi üçün Səhiyyə Nazirliyinə 24, TƏBİB-də isə 59 kliniki psixoloqa ehtiyac var. Psixiatrlar isə Səhiyyə Nazirliyinin sistemində 153, TƏBİB-in sistemində 48-dir. Ştat cədvəlinə əsaslanan vacib ehtiyac sayı 99-dur. Səhiyyə Nazirliyinə 76, TƏBİB-ə 23 psixiatra ehtiyac var".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR