Qarabağın erməni sakinlərinin nümayəndələri Xankəndidəki yanğın zamanı həyata keçirilən tədbirlərə görə təşəkkür ediblər

Qarabağın erməni sakinlərinin nümayəndələri Xankəndidəki yanğın zamanı həyata keçirilən tədbirlərə görə təşəkkür ediblər
# 29 sentyabr 2023 19:17 (UTC +04:00)

Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə görə təşəkkür ediblər.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından verilən məlumatda qeyd olunub.

"Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər", - məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR