“12 barmaq bağırsağın xora xəstəliyinə “tələbə xəstəliyi” də deyilir”.
APA xəbər verir ki, bunu qastroenteroloq Afaq Həşimova deyib. Onun sözlərinə görə, bu xəstəliklə bağlı tələbələr tez-tez müraciət edir:
“Konservləşdirilmiş qidalardan istifadə etməkdən qaçmaq lazımdır. Bu qidalardansa, kartof püresi yemək belə daha faydalıdır. Konservləşdirilmiş qidaların nəticəsidir ki, hazırda mədə-bağırsaq xəstəlikləri daha çox artıb”.
Həkim qızartma yeməklərinin zərərlərindən danışıb:
“İstər zeytun, istər kərə yağı qızardılırsa, o kanserogen maddəyə çevrilir və çox ziyanlıdır”.