Əgər müəllimlərin işə qəbulu imtahanında hər iki namizəd eyni balı toplayıbsa, "Qırmızı diplom"lu namizə üstünlük verilir.
APA xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, bu məsələ qaydalarda nəzərdə tutulub:
"Lakin müsabiqə hər bir namizəd üçün bərabər imkanlar verir".