Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağıb.
APA-nın şimal bürosu xəbər verir ki, yağıntı əsasən Şahdağın üzərində qeydə alınıb. Həmçinin, Qubanın Xınalıq, Xaltan və Qrız kəndlərinə də 1 sm qalınlığında qar yağıb.
Mövsümün ilk qarı dağlıq ərazilərdə hərarətin aşağı düşməsinə səbəb olub.