Bank Of Baku

Qüsurlarla əlaqədar tikinti dayandırılmadan yazılı göstərişlər verilə bilən obyektlərin siyahısı genişlənir

Qüsurlarla əlaqədar tikinti dayandırılmadan yazılı göstərişlər verilə bilən obyektlərin siyahısı genişlənir
# 07 aprel 2023 13:10 (UTC +04:00)

Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri dayandırılmadan tikinti işləri ilə bağlı yazılı göstərişlərin verilə bildiyi obyektlər dairəsinə bitişik və ya qonşu obyektlər daxil edilir.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, qüvvədə olan qanuna görə, tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda müvafiq icra hakimiyyəti orqanı tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir.

Dəyişikliyə əsasən, tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda müvafiq icra hakimiyyəti orqanı tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR