Əməkdar rəssam Rəis Rəsulzadə xəstəxanadan evə buraxılıb.
O, bu barədə APA-ya açıqlamasında bildirib. Qeyd edib ki, müalicəsi evdə davam etdiriləcək.
***
09:49
Əməkdar rəssam Rəis Rəsulzadə bu gün xəstəxanadan evə buraxılacaq.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilən Əməkdar rəssam Rəis Rəsulzadə bu gün evə buraxılacaq.
Onun vəziyyəti stabildir.