Bank Of Baku

Rəşad Mahmudov: Rezidenturanın doktorantura səviyyəsi kimi qəbul edilməməsi ilə bağlı problem var

Rəşad Mahmudov: Rezidenturanın doktorantura səviyyəsi kimi qəbul edilməməsi ilə bağlı problem var
# 19 may 2023 12:16 (UTC +04:00)

Tibb təhsili alan tələbələrin rezidentura proqramının doktorantura səviyyəsi kimi qəbul edilməməsi ilə bağlı problem var.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, dünyada tibb təhsili üzrə rezidentura təhsili 8-ci kvalifikasiya səviyyəsi kimi qəbul olunursa, bizdə 7-ci səviyyə kimi qəbul edilir:

"Belə olduğu təqdirdə tələbələr 8-ci səviyyə üçün harada təhsil almalıdırlar? Dünyada bunun bir modeli yoxdur. Tibb təhsilinin 7-ci pilləyə, rezidenturanın isə 8-ci pilləyə müvafiq tutulması doğru olardı".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR