Bank Of Baku

Sahib Alıyev: Yəqin ki, Xocalıda bir küçəyə Natiq Qasımovun adı verilər

Sahib Alıyev: Yəqin ki, Xocalıda bir küçəyə Natiq Qasımovun adı verilər
# 06 oktyabr 2023 11:44 (UTC +04:00)

“Əminəm ki, Müzəffər Ali Baş Komandanımıza Natiq Qasımovla bağlı dəqiq məlumat verilsə, o, haqq etdiyini alacaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

Deputatın sözlərinə görə, hətta yəqin ki, Xocalıda bir küçəyə onun adı verilə bilər: “Mən 6 il əvvəl onun ailəsi ilə görüşmüşəm, bu, “Youtube”da var”.

Qeyd edək ki, Natiq Qasımov 1992-ci ildə Xocalının Xramort kəndi yaxınlığında baş verən döyüşlərdə iştirak edib. O, bir neçə gün təkbaşına yüksəklikdəki kilsəni müdafiə edib. Daha sonra Xocalıdan olan 22 əsirin öldürülməməsi müqabilində təslim olub. Natiq Qasımovun təslim olduqdan sonrakı taleyi naməlmdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR