Bank Of Baku

Şəhid polis serjantı Xəzər Zamanov dəfn edilib - FOTO - YENİLƏNİB

Şəhid polis serjantı Xəzər Zamanov dəfn edilib - FOTO  - YENİLƏNİB
# 20 sentyabr 2023 11:11 (UTC +04:00)

Ötən gün erməni terrorçularının basdırdığı mina partlayışı səbəbindən həyatını itirən polis serjantı Xəzər Zamanov Azər oğlunun nəşi Günəşlidəki Sədərək qəbiristanlığında dəfn olunub.

APA xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınlarıyla yanaşı, rəsmilər, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

***

09:39

Ötən gün erməni terrorçularının basdırdığı mina partlayışı səbəbindən həyatını itirən polis serjantı Xəzər Zamanov Azər oğlunun nəşi Bakıda yaşadığı evə gətirilib.

APA xəbər verir ki, onunla vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınlarıyla yanaşı, rəsmilər, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra Xəzər Zamanov Günəşlidəki Sədərək qəbiristanlığında dəfn olunacaq.

Aynur Qara

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR