Ölkəmizdə səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) "Bilim Bakı" mərkəzini ziyarət edib.
"APA-Economics" xəbər verir ki, tədbir çərçivəsində Səlcuq Bayraktara “ASAN Xidmət ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının medalı" təqdim olunub.