Bank Of Baku

Siyavuş Novruzov: Əlilliyin müəyyənləşdirilməsiylə bağlı Səhiyyə Nazirliyi və ƏƏSMN arasında anlaşmazlıq var

Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

© APA | Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

# 17 noyabr 2022 18:11 (UTC +04:00)

“Sosial sahədə çox ciddi işlər görülür. Bu sahədə uğurlu islahatlar davam etdirilməlidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, müharibə veteranlarının müavinətləri artırılmalıdır: “Bu gün qalxan qiymətlərlə 80 manat uyğunlaşmır. Bu vəsait müharibə veteranlarının nəqliyyat və kommunal xərclərini ödəmir”.

Siyavuş Novruzov əlilliyin müəyyən olunması ilə əlaqədar anlaşılmazlıq mövcud olduğunu da söyləyib: “Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında anlaşmazlıq var. Ya vahid komissiya yaradılmalıdır, ya da əlilliyin müəyyənləşdirilməsi bir quruma verilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR