Bank Of Baku

Səhiyyə Nazirliyi: Azərbaycanda orta ömür uzunluğunun müddəti 77 ili ötüb

Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev

© APA | Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev

# 10 oktyabr 2026 09:34 (UTC +04:00)

Azərbaycanda qeyri-infeksion xəstəliklərin payı artır.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Dünya Ağciyər Sağlamlığı Gününə həsr olunan beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, son illərin tibbi-bioloji mənzərəsinə nəzər saldıqda, qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini görmək mümkündür:

“Bununla yanaşı, digər bir tibbi tendensiyanın da şahidi oluruq. Belə ki, dünyada orta ömür uzunluğu son illərdə 73 ili ötüb. Azərbaycanda isə bu göstərici 2025-ci ilin sonuna 77 ili ötüb. Bununla belə, düşünməliyik ki, qazandığımız əlavə ömür illərini nə dərəcədə sağlam yaşayırıq. Ömür uzunluğunun artması ilə yanaşı, xüsusilə qeyri-yoluxucu xəstəliklərin də rolu artıb”, – deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR