Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti qaydası hazırlanacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.
Eyni zamanda, NK 3 ay ərzində sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydasını və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.