Gədəbəyin Söyüdlü kəndində ekoloji məsələlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sakinlərin müraciət etmələri üçün birbaşa əlaqələndirici şəxs təyin olunub.
APA xəbər verir ki, bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvərlər naziri Muxtar Babayev "Micon" Beynəlxalq Monitorinq Şirkətinin Söyüdlüdə apardığı monitorinqin nəticələrinin təqdimatı ilə bağlı kənd sakinləri ilə görüşdə deyib.
O bildirib ki, həmin şəxs Nəzərov Surxay Əli oğludur və vətəndaşlar mövcud problemlərlə bağlı ona müraciət edə bilərlər.