Söyüdlüdəki şirkətin işçilərinin dispanserizasiyaya cəlb edilməməsinin səbəbi açıqlanıb

Söyüdlüdəki şirkətin işçilərinin dispanserizasiyaya cəlb edilməməsinin səbəbi açıqlanıb
# 28 sentyabr 2023 15:55 (UTC +04:00)

"Anglo Asian Mining" şirkətində çalışanların nə üçün 4 ildir dispanserizasiyaya cəlb olunmadığına aydınlıq gətirilib.

APA xəbər verir ki, şirkətin İnsan Resurslarının İdarə edilməsi və İnzibati işlər üzrə meneceri Rahib Rzayev media üçün keçirilən bildirib ki, pandemiya səbəbindən bu yoxlamalar təxirə salınıb.

"Bu ilin oktyabr ayında tibbi yoxlamalar yenidən həyata keçiriləcək" - deyə o qeyd edib.

Xatırladaq ki, səhiyyə nazirinin müavini Nadir Zeynalov şirkətdə çalışanların dispanserizasiyasının sonuncu dəfə 2019-cu ildə aparıldığını, halbuki bu yoxlamaların azı ildə bir dəfə keçirilməsinin məsləhət görüldüyünü açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR