“Müvafiq dövlət qurumları əmin olsunlar ki, hər hansısa təbiət hadisəsi, sel, zəlzələ olarsa, bizim şirkətə aid tullantı gölündə heç bir dağıntı olmayacaq”.
APA xəbər verir ki, bunu "Anglo Asian Mining plc." şirkətinin rəhbəri Reza Vəziri media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, istehkamlar möhkəmdir və bunun bir daha yoxlanılması üçün də müvafiq xarici şirkətə müraciət ediblər:
"Yaxın zamanda həmin şirkət bu istiqamətdə yoxlama aparacaq. Eyni zamanda göl 8 bal gücündə zəlzələyə davamlıdır və istismar müddəti 150 ildir".