Bank Of Baku

Sumqayıt məktəbində nərd çempionatının keçirilməsinə aydınlıq gətirilib - FOTO

Sumqayıt məktəbində nərd çempionatının keçirilməsinə aydınlıq gətirilib - FOTO
# 19 may 2023 15:04 (UTC +04:00)

"Sumqayıt şəhər 31 nömrəli tam orta məktəblə bağlı yayılmış fotolara dair bildiririk ki, bu görüntülər təhsil müəssisəsinin Həmkarlar Təşkilatının üzvləri arasında keçirilmiş idman turniri zamanı çəkilib".

Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, təhsil müəssisəsinin fəaliyyətinə uyğun olmayan bu fotolar sosial mediada haqlı olaraq əks reaksiya doğurub və birmənalı qarşılanmayıb:

"Ümumi təhsil müəssisəsinin "Facebook" səhifəsindən həmin fotolar silinib və bununla əlaqədar olaraq məktəb rəhbərliyinə xəbərdarlıq edilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR