Zəfərlə başa çatan Vətən müharibəsindən sonra qazi və şəhid ailələri ilə yanaşı, münaqişə zonasındakı mülki insanlar arasında da postmüharibə sindromu müşahidə olunub. Bununla bağlı dövlət tərəfindən tədbirlər görülür, Nazirlər Kabinetinin qərarı ilə işçi qrup yaradılıb.
APA xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib. O bildirib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində psixoloji mərkəzlər yaradılıb:
"Bu vaxta qədər 20 min insana psixoloji yardım göstərilib. Psixoloji mərkəzlər Bakı və bölgələrdə yaradılıb. Bu proses davam edir".