Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ölkəsinin zəlzələ bölgəsində xidmət göstərən Azərbaycan Gənclər Fondunun könüllüləri ilə görüşüb.
APA xəbər verir ki, o, zəlzələ bölgəsində xidmət göstərən 200 könüllüyə təşəkkürnamə təqdim edib.
Səfir könüllülərin yardım TIR-larının boşaldılmasında, çadır qurulmasında, psixoloji dəstək göstərilməsində, yemək paylanılmasında iştirak etdiklərini vurğulayıb.