Kiyevə 120-yə yaxın F-16 lazımdır.
APA xəbər verrir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Funke” media qrupuna müsahibəsində bildirib.
Reznikov, "Eurofighter" və İsveç Gripenlərinin Kiyev üçün əhəmiyyətli bir köməkçi olacağını da söylədi. O əlavə edib ki, Almaniyanın Eurofighter və Tornado-nu Böyük Britaniya və AFR-dən Kiyevə təhvil verəcəyinə ümid edir, həmçinin Berlin ukraynalı pilotların bu texnikadan istifadə etməsində iştirak edəcək.