Bank Of Baku

Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi Xidmətlər zərfinə daxil ediləcək

Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi Xidmətlər zərfinə daxil ediləcək
# 09 dekabr 2025 11:52 (UTC +04:00)

Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi Xidmətlər zərfinə daxil ediləcək.

APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Baş nazir qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində - 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcək: “Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq Xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR