Bank Of Baku

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
# 20 sentyabr 2023 09:52 (UTC +04:00)

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, sənəd qəbulu 30 sentyabr saat 23:59-da başa çatacaq.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR