Bank Of Baku

“ASAN xidmət” Mingəçevirdə səyyar şəkildə fəaliyyət göstərir

“ASAN xidmət” Mingəçevirdə səyyar şəkildə fəaliyyət göstərir
# 07 noyabr 2013 07:14 (UTC +04:00)

Bakı-APA. “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

 

“ASAN xidmət” Mərkəzindən APA-ya verilən məlumata görə, artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda  Sabirabad və Saatlı, Şamaxı şəhərində  Şamaxı, Qobustan və Ağsu,  Salyan rayonunda  Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda  Astara, Qəbələ rayonunda  Qəbələ , Kürdəmir rayonunda  Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam , Lənkəran  şəhərində Lənkəran və Lerik, Yevlax rayonunda Mingəçevir və Yevlax, Cəlilabad rayonunda  Cəlilabad və Biləsuvar, İmişli rayonunda  İmişli,  Şəki şəhərində  Şəki və Oğuz, Ucar rayonunda isə Ucar və Zərdab  rayonlarının sakinlərinə Səyyar “ ASAN  Xidmət” göstərilib.

 

Cari ilin 6 – 17 noyabr  tarixində Mingəçevir şəhəri  və Yevlax  rayonunun ümumi sayı 200000-dən çox olan sakini  Səyyar “ASAN  Xidmət”dən  Mingəçevir  şəhərində yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

İndiyədək Səyyar “ASAN Xidmət” çərçivəsində  18 məntəqədə 32  rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilmişdir. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR