Bank Of Baku

«Təmiz Şəhər» ASC növbəti ekoloji monitorinqlərin nəticələrini açıqlayıb

 «Təmiz Şəhər» ASC növbəti ekoloji monitorinqlərin nəticələrini açıqlayıb
# 06 noyabr 2013 10:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Təmiz Şəhər» ASC tərəfindən Balaxanı poliqonunda aparılan işlərin ətraf mühitə təsirini qiymətləndirmək məqsədilə 2013-cü ilin iyul-sentyabr aylarında aparılmış ekoloji monitorinqlər yekunlaşıb. Aparılmış monitorinqlər nəticəsində Balaxanı poliqonu ərazisində ekoloji vəziyyətin sağlamlaşdırılmasında müsbət dinamika müşahidə edilib.

 

«Təmiz Şəhər» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin III rübü üzrə hava, su və torpaq səth örtüyündə aparılmış monitorinqlər Balaxanı poliqonunda ekoloji vəziyyətinin xeyli yaxşılaşdığını göstərir.

 

«Hava nümunələrinin monitorinqi göstərir ki, PM10 tozlarının miqdarı azalıb və 2013-cü ilin iyul-sentyabr ayları üzrə 0,01 mq/kq təşkil edir. HF (hidrogen flüorid), CO (dəm qazı), SO2 (kükürd qazı) və HCl (hidrogen xlorid) qazlarının miqdarı bu ilin I və II rübləri ilə müqayisədə artmayıb və yol verilən qatılıq həddindədir. Poliqonda aparılan işlər nəticəsində su nümunələrinin kimyəvi analizi civə (Hg), xrom (Cr) və qalay (Sn) kimi elementlərin miqdarının azaldığını və yol verilən qatılıq həddini aşmadığını göstərir», - deyə şirkətin məlumatında bildirilir.

 

Bundan başqa, poliqonda torpağın tərkibində ağır metalların azalma tendensiyası müşahidə olunur. Belə ki, aparılan analizlər zamanı poliqondan götürülmüş torpaq nümunələrində ağır metalların miqdarının yol verilən qatılıq həddində olduğu müəyyən edilib. Ağır metalların torpaqda azalması uzun sürən bir proses olmasına baxmayaraq, 2010, 2011, 2012-ci illərin nəticələri ilə müqayisədə torpaqda ağır metalların nəzərə çarpacaq dərəcədə azalması müşahidə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR