Bank Of Baku

Təhsil Nazirliyi TQDK tərəfindən IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri əsasında aparılan tədqiqatın nəticəsini açıqlayıb

 Təhsil Nazirliyi TQDK tərəfindən IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri əsasında aparılan tədqiqatın nəticəsini açıqlayıb
# 06 noyabr 2013 12:32 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən xəbərə görə, tədqiqat Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini (ümumi təhsil məktəblərinin nəzdindəki qiyabi qruplar nəzərə alınmayıb), Təhsil Nazirliyinə tabe məktəbləri və ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəbləri əhatə edib. 336 məktəb haqqında toplanılmış məlumat əsasında tədqiqatın hesabatı hazırlanıb.

 

Aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq, Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin reytinq siyahısını hazırlayıb. Hazırlanmış reytinq siyahısında Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2012-2013-cü və 2011-2012-ci dərs ili üzrə nəticələrinin müqayisəli təhlili də əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR