Bakı. Fərid Mirzəyev – APA. Gənclər və idman naziri Azad Rəhimov mayın 20-də Cəlilabadda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayon və şəhər sakinləri iştirak edəcək.
Qəbul Heydər Əliyev Mərkəzində, saat 11.00-da başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdır.